
AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını Azərbaycan Premyer Liqasının VIII turunda baş verənlərə görə cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu 5000 manat cərimə olunub.
Bakı klubu isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün əlavə 3000 manat cərimələnib.
Bundan əlavə, "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Buna onun stadiona kiçik zərər vurması səbəb olub. Dəymiş zərər yerində ödənilib.
Qeyd edək ki, “Qarabağ” - “Neftçi” pyunu 3:3 hesabı ilə başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz