
Sergen Yalçın Türkiyə milli futbol komandasının baş məşqçisi təyin olunub.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, o, bu vəzifədə Vinçenzo Montellanı əvəz edib.
“Bu mənim üçün qürur və xoşbəxtlik mənbəyidir”, - deyə 54 yaşlı məşqçi təyinatdan sonra bildirib.
Yalçın həmçinin deyib ki, Vinçenzonun dövründə komandadan kənarda qalan Berke Özerlə də görüşəcək.
“Berke ilə əvvəllər də problemlər olub, ama bu həll olunmayacaq məsələ deyil. Bunlar gənc oyunçulardır, səhv edə bilərlər. Üzr istəməli olduğu bir şey varsa, üzr istəyəcək”,- deyə məşqçi bildirib.
Qeyd edək ki, Sergen Yalçın sonuncu dəfə “Beşiktaş” komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Tətbiqimizi yükləyə bilərsiniz