
Oktyabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz