Reper “Navai” Qazaxıstandan deportasiya edildi


Azərbaycan əsilli rusiyalı reper “Navai” (Nəvai Bəkirov) Qazaxıstandan deportasiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, müvəqqəti saxlama təcridxanasında saxlanılan “Navai” oktyabrın 19-da azadlığa buraxılıb və ölkədən çıxarılıb.
Bəkirov barəsində açılmış cinayət işinə ilk dəfə hüquq pozuntusu törətməsi və fəal peşmanlığı nəzərə alınaraq, bəraət qazandırmayan əsaslarla xitam verilib.
Xatırladaq ki, məşhur müğənni oktyabrın 13-də Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. İfaçının hərəkət etdiyi avtomobilə baxış zamanı narkotik vasitə aşkar edilərək götürülüb. Əməliyyat polis əməkdaşları tərəfindən sərhədçilərlə birgə həyata keçirilib.
Oktyabrın 14-də müğənninin Astanada konserti keçirilməli idi. Lakin tədbir ləğv edilib və ya qeyri-müəyyən müddətə təxirə salınıb. Təşkilatçılar buna texniki səbəbləri əsas gətiriblər.

DİGƏR XƏBƏRLƏR

Top