
Pentaqonun rəhbəri Pit Heqset gizli səfərlə İsrailə gedib və Baş nazir Benyamin Netanyahu ilə görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, görüş bazar ertəsi baş tutub. Görüşün təfərrüatları açıqlanmayıb.
Nəşr qeyd edir ki, Heqsetin səfəri barədə məlumat ABŞ Prezidenti Donald Trampın Netanyahunun 2026-cı il oktyabrın 27-də keçirilməsi nəzərdə tutulan İsrail parlamentinə seçkilərdə namizədliyini dəstəkləməsindən bir gün sonra yayılıb.
Bundan başqa, görüş ABŞ və İsrail arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün yenidən başlanması ilə bağlı danışıqların aparıldığı bir vaxta təsadüf edib.
Tətbiqimizi yükləyə bilərsiniz