Xətaidə ölümlə nəticələnən qəza – Anbaan video


Ötən gün paytaxtın Xətai rayonu, Gəncə prospektində 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“Manevretmə qaydalarının pozulması nəticəsində qəza riski yaranır, yol-nəqliyyat hadisəsi baş verir, ölən və xəsarət alanlar olur. Bir sözlə, istənilən yanlış manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.
Bəzi sürücülər dönməzdən və zolaq dəyişməzdən əvvəl ya təhlükəsizlik tədbirləri görmürlər, ya da işıq siqnallarını yandırmaqla üstünlüyün onlarda olduğunu düşünürlər. Yanılırlar!
Sürücülərin bir qismi ümumiyyətlə manevretmə zamanı işıq və səs siqnallarından istifadə etmirlər.
Sürücü diqqətsizliyi və qaydaların kobud şəkildə pozulması yol-nəqliyyat hadisələrinin baş verməsinə və digər hərəkət iştirakçılarının da ölüm və xəsarət almasına səbəb olur.
NİİM sürücülərdən məsuliyyətli davranmağı və manevr edərkən qaydalara əməl etməyi xahiş edir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top