ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi: “Zərbələr endirilə bilər”


ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan amerikalılara vəziyyətin mümkün gərginləşməsi, hava məkanının bağlanması və aviareyslərin ləğvi riski barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun rəsmi veb-səhifəsində bəyanat dərc olunub.
“Yaxın Şərqdə olan ABŞ vətəndaşları mürəkkəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar maksimum sayıqlıq nümayiş etdirməlidirlər. Uçuşların mümkün ləğvini, hava məkanının bağlanmasını və nəqliyyatın fəaliyyətində yarana biləcək fasilələri nəzərə almaq lazımdır”, – bəyanatda deyilir.
Dövlət Departamenti həmçinin hərbi əməliyyatların regionun hüdudlarından kənara yayıla biləcəyini vurğulayıb:
“İran və onu dəstəkləyən qruplaşmalar xaricdə ABŞ-nin maraqlarını təmsil edən digər obyektlərə və ya dünyanın müxtəlif yerlərində ABŞ ilə və amerikalılarla əlaqəsi olan hədəflərə, o cümlədən Amerika şirkətlərinə və müxtəlif müəssisələrə zərbələr endirə bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top