
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya ilə dizel müqaviləsini tənqid edib və Moskvanın mövqeyini sülh danışıqlarının “parodiyası” adlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sammit çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“İndi dizel müqaviləsi vasitəsilə Rusiyaya nağd pulun necə axmağa başlayacağını görə bilərik”, - Zelenski qeyd edib.
O, bu müqavilənin Hörmüz boğazının qlobal bazarlara təsirini kompensasiya etmək üçün kifayət etməyəcəyini bildirib.
“Lakin bu, müharibəni maliyyələşdirmək üçün Putinin cibinə daha çox pul axmasına səbəb olacaq”, - Zelenski qeyd edib.
Zelenski həmçinin Putini heç bir şəkildə sülh danışıqlarında maraqlı olmamaqda ittiham edib.
“Putin hazırda heç bir şəkildə sülh danışıqları istəmir. O, sözlərlə oynayır. Bu isə sadəcə olaraq, müharibəyə son qoymaq üçün əsl istəyin parodiyası kimi görünür”, - Zelenski yekunlaşdırıb.
Tətbiqimizi yükləyə bilərsiniz