Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 35 kiloqram narkotik vasitə və 4960 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top