
8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlıq yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
***12:00
Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Qeyd olunub ki, hazırda polis tərəfindən zəruri işlər görülür.
Tətbiqimizi yükləyə bilərsiniz