Qəzadan sonra 19 yaşlı sürücü belə xilas edildi – Video


Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib:
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Changan” markalı minik avtomobili və “ZİL” markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Məmmədov Nihad Fərhad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top