Xarkovda 5 Ukrayna hərbçisi qətlə yetirilib


Ukraynanın Xarkov vilayətində naməlum şəxs Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə atəş açıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Glavkom” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, hadisə 13 oktyabr günorta saatlarında Kutuzivka kəndində baş verib.
İlkin məlumata görə, avtomatik silahla silahlanmış bir kişi Ukrayna əsgərlərinin qaldığı evə yaxınlaşaraq atəş açıb. Nəticədə hərbçilərdən biri ölüb.
Hücumçu daha sonra evə girib və atəş açmağa davam edib. Təxminən 2 saat davam edən atışmadan sonra silahlı şəxs hadisə yerini tərk edib.
Hücum nəticəsində dörd hərbçi ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsin kimliyini araşdırır.
Polis əməkdaşları saxlanma yerlərindən qaçan iki rus hərbçini axtarmağa davam edir.
Qeyd edək ki, Xarkov vilayəti Ukrayna sərhədçilərinin ən çox rus əsgərlərini əsir götürdüyü ərazilərdən biri olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top