
Külli miqdarda dərman vasitələrinin qanunsuz yolla Azərbaycan ərazisinə gətirilməsinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub.
“Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan dörd karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz