Nyu-Yorkdan İsrailə uçan təyyarədə bomba həyəcanı


ABŞ-nin Nyu-York ştatından İsrailin paytaxtı Təl-Əvivə uçan “Delta Air Lines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtisində bomba olması barədə anonim xəbərdarlıq yayılıb.
Yeniavaz.com
"Yedioth Ahronoth" qəzetinin yaydığı məlumata istinadla xəbər verir ki, çərşənbə axşamı təyyarə Təl-Əviv yaxınlığındakı Ben Qurion Hava Limanına eniş etdikdən sonra yoxlamaya verilib.
Təyyarədə aparılan yoxlama prosesi zamanı sərnişinlər düşürülüb.
Məlumata görə, axtarışa səbəb təyyarənin göyərtisində bomba olmasına dair anonim xəbərdarlığın yayılması olub.
Qəzet bildirib ki, İsrail Hava Limanları İdarəsinin və təhlükəsizlik qüvvələrinin keçirdiyi geniş axtarışlar zamanı göyərtədə heç bir şübhəli əşya və ya partlayıcı qurğu aşkarlanmayıb.
Yoxlamalar başa çatdıqdan sonra hava limanı normal rejimdə fəaliyyətini davam etdirib.
İsrail polisi insidentlə bağlı araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top