“Breaking Bad”in aktyoru intihar etdi


Dünyaca məşhur “Breaking Bad” serialının ulduzu, 34 yaşlı amerikalı aktyor R.C. Mitt intihar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Nəşrin məlumatına görə, aktyor oktyabrın 12-də intihar nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, onun ölümünün şəraiti ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Mitt serialda Brayan Krenstonun həyat verdiyi baş personaj Uolter Uaytın serebral iflicdən əziyyət çəkən oğlu rolunu canlandırıb. Mittin özü də serebral iflicin daha yüngül formasından əziyyət çəkib. O müsahibələrindən birində bildirib ki, bu obrazı canlandırmaq üçün nitq və hərəkət tərzini müəyyən qədər dəyişməli olub.
Mitt “The Oak Room” (2020), “The Recall” (2017) filmlərində, eləcə də “The Guardians of Justice” (2022) serialında da rol alıb.

DİGƏR XƏBƏRLƏR

Top