
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hrəbi Dəniz Qüvvələri son iki gündə Hörmüz boğazında üçüncü supertankerə zərbə endirildiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
“Bu səhər Hörmüz boğazında üçüncü supertanker vurulub və zərbə neft tankerində yanğına səbəb olub”, - mətbuat xidməti qeyd edib.
SEPAH gəminin naviqasiya sistemini söndürdüyünü, xəbərdarlıqlara məhəl qoymadan boğazdan keçməyə cəhd etdiyini iddia edib.
SEPAH həmçinin xəbərdarlıq edib ki, Hörmüz boğazında və Fars körfəzində ticarət gəmiləri və tankerləri ilə ABŞ ordusu arasında hər hansı bir əməkdaşlıq qəti cavabla qarşılanacaq.
Tətbiqimizi yükləyə bilərsiniz