Vilayət Eyvazov İranın daxili işlər naziri ilə görüşdü – Fotolar


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İranın daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
O, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi və ikitərəfli əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın Daxili İşlər Nazirliyinin maraqlı olduğunu bildirib.
Daha sonra nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirir.
İranın daxili işlər naziri İskəndər Momeni səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib. O, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini qeyd edib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Görüşdə İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu da iştirak edib.




DİGƏR XƏBƏRLƏR

Top