
“Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu “Radio France Internationale” (RFI) radiosuna müsahibəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanın Avropa standartlarına uyğunlaşması ölkə üçün vacibdir və bu istiqamətdə əlavə islahatlara ehtiyac var”, - deyə Paşinyan qeyd edib.
O, həmçinin Ermənistanın Rusiya ilə münasibətlərinin artıq əvvəlki kimi olmayacağını vurğulayıb.
Baş nazir Azərbaycanla sülh prosesinə toxunaraq iki ölkə arasında praktik sülhün müəyyən dərəcədə bərqərar olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz