Bu şirkət ailələri azad olunmuş ərazilərə köçürəcək – 1,8 milyon alacaq


Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Yük Taksisi.Az” MMC (VÖEN – 1303349591) olub.
Müsabiqənin şərtlərinə görə, “Yük Taksisi.Az” MMC “Qaçqınkom”dan 1 milyon 767 min 651 manat 80 qəpik alaraq məcburi köçkün ailələrinin işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürülməsini həyata keçirəcək.
Qeyd edək ki, köçürülmə aşağıdakı yaşayış məntəqələrinə həyata keçiriləcək və ümumilkdə 1 939 nəqliyyat vasitəsi ayrılacaq:
Xankəndi şəhəri, Kərkicahan qəsəbəsinə – 251 ədəd;
Kiçik Qaladərəsi kəndinə – 69 ədəd;
Sarıbaba kəndinə – 50 ədəd;
Xocavənd şəhərinə – 772 ədəd;
Böyük Qaladərəsi kəndinə – 50 ədəd;
Xocavənd rayonu, Qırmızı bazar qəsəbəsinə – 70 ədəd;
Xocavənd rayonu, Quzumkənd kəndinə – 155 ədəd;
Xocavənd rayonu, Zoğalbulaq kəndinə – 100 ədəd;
Xocavənd rayonu, Güneyxırman kəndinə – 177 ədəd;
Xocavənd rayonu, Quzeyxırman kəndinə – 130 ədəd;
Xocalı rayonu, Pirlər kəndinə – 114 ədəd.


Onu da bildirək ki, köçürmə işini həyata keçirəcək “Yük Taksisi.Az” MMC 2013-cü ildə vergi qeydiyyatına alınıb. Niamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top