Məktəbli formaları ilə bağlı monitorinqlər başlayıb – Fotolar


Xəbər verdiyimiz kimi, daha əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsi ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılacağı barədə məlumat yayıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, artıq dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb.
Bildirilib ki, ümumi təhsil müəssisələrində məktəb rəhbərliyi tərəfindən monitorinqlər təşkil edilib, profilaktik söhbətlər aparılıb.
Agentlik 46, 152, 138 və 189-190 nömrəli tam orta məktəblərdə təşkil edilən monitorinqlərdən fotolar yayıb.




DİGƏR XƏBƏRLƏR

Top