
Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı iş adamı Cared Kuşner Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, səfər ən azı Ukrayna və Avropa ölkələrinin Rusiya Prezidenti Vladimir Putin üçün təklif olunan yeni, razılaşdırılmış variantı dəstəkləməyə hazır olub-olmadığı aydınlaşana qədər təxirə salınıb.
Tətbiqimizi yükləyə bilərsiniz