Premyer Liqada VII turun son iki oyunu bu gün keçiriləcək


Azərbaycan Premyer Liqasının VII turu bu gün keçiriləcək iki qarşılaşma ilə başa çatacaq.
Yeniavaz.com
xəbər verir ki, günün ilk oyununda “İmişli” Yevlax şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Matçın start fiti saat 16:00-da səslənəcək.
Turun sonuncu görüşündə isə Premyer Liqanın debütantı “Şəfa” “Turan Tovuz”la qarşılaşacaq. “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 18:30-da başlayacaq.
Qeyd edək ki, VII turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0, “Sumqayıt” isə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. “Neftçi” ilə “Sabah” arasındakı qarşılaşmada qapılara qol vurulmayıb. “Zirə” və “Şamaxı”nın duelində isə komandalar hərəyə bir qol vuraraq meydandan heç-heçə ilə ayrılıblar.

DİGƏR XƏBƏRLƏR

Top