
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumlar nəticəsində krallığın üç vətəndaşı həlak olub.
Yeniavaz.com AP-yə istinadla xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi cümə günü məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 8-də baş verən ilk hücum hava limanının infrastruktur obyektlərini, ikinci hücum isə birbaşa təyyarəni hədəf alıb. Bu hadisə son dövrlərdə krallıq ərazisində qeydə alınan ən ölümcül hücum olub.
Səudiyyə Ərəbistanı rəsmiləri bəyanatda məsuliyyət daşıyan tərəfin kimliyini birbaşa açıqlamasalar da, husilər hava limanını ballistik raketlə hədəf aldıqlarını iddia ediblər.
Hücum zamanı həlak olanlar arasında təyyarənin kapitanı Hamud Əli Əlkəltəminin də olduğu bildirilir. Təyyarədə olan digər bəzi vətəndaşların isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Qeyd edək ki, Ər-Riyad hava limanı son günlərdə dəfələrlə hədəfə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz