Hər axşam hot-doq yeyib kola içir – 100 yaşı var


ABŞ-də yaşayan 100 yaşlı qadının qidalanma tərzi sosial şəbəkələrdə maraq doğurub.
Yeniavaz.com
xəbər verir ki, Frida adlı qadının qızı onun gündəlik vərdişlərini əks etdirən görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Videolarda qadının hər axşam xardal və doğranmış soğan əlavə edilmiş hot-doq sendviçi yediyi, həmçinin pəhriz kolası içdiyi görünür.“Queen” adlı hesabda yayımlanan görüntülər milyonlarla baxış toplayıb.
Kaliforniyada yaşayan Frida 100 yaşına çatmasının sirri barədə suala isə qısa cavab verib:
“Yaşamaqdan zövq al”.

DİGƏR XƏBƏRLƏR

Top