
Məlum olduğu kimi, yuxarı sinif şagirdlərinin bir qismi repetitor yanına getdikləri üçün bəzi hallarda məktəb dərslərində iştirak etmirlər.
Yeniavaz.com xəbər verir ki, belə hallarda şagirdin valideyni cərimə oluna bilər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, şagirdin icbari ümumi orta təhsil üzrə dərs günlərini bir ay ərzində 7 gündən çox buraxmasına görə valideynlər və ya onları əvəz edən şəxslər 100 manat məbləğində cərimə edilir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz