Paşinyanla Pezeşkian nədən danışıblar?


Türkmənistanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, tərəflər yüksək səviyyədə intensiv ikitərəfli təmasların əhəmiyyətini vurğulayıb və bu təmasların Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə töhfə verməsindən məmnunluqlarını ifadə ediblər.
Paşinyan qeyd edib ki, iki ölkəsinin zəngin əməkdaşlıq gündəliyi var və İran şirkətləri Ermənistanda həyata keçirilən strateji layihələrə cəlb olunublar.
Tərəflər yaxın gələcəkdə Ermənistan-İran münasibətlərinin yeni səviyyəyə yüksələcəyinə əminliklərini bildiriblər. Qarşıdakı dövrdə keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti də vurğulanıb.
Nikol Paşinyan və Məsud Pezeşkian qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top