Murad Fətiyev dünya üçüncüsü oldu


Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda yunanıstanlı Teodoros Tselidisi ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.
O, 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydla qarşılaşıb. Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala vəsiqə qazanıb.  
Cüdoçumuz yarımfinala gedən yolda fransalı Aleksa Mitroviçi ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Fətiyev adını yarımfinala yazdırıb.
Azərbaycan təmsilçisi finala gedən yolda yaponiyalı Qoki Tayima ilə qarşılaşıb və görüşü məğlub başa vurub.
Murad Fətiyev üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.
Bununla da, idmançılarımız günü 1 bürünc medalla başa vurublar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatə oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top