Gürcüstan-Azərbaycan sərhədində gümüş qaçaqmalçılığının qarşısı alınıb


Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Çiteli Xidi" (Qırmızı körpü) gömrük-keçid məntəqəsindən ölkəyə 10 kiloqram bəyan edilməmiş gümüş zinət əşyalarının idxalının qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınının ətraflı yoxlanılmasından sonra gömrük əməkdaşları bəyan edilməmiş gümüş əşyalar və gümüş qab-qacaq aşkar ediblər.
Gümüşlərin ümumi çəkisi 9038 qram, gömrük dəyəri isə 38 289 lari (təxminən 15 000 ABŞ dolları) olub.
İş üzrə materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top