Putin “General Armageddon”u müharibəyə cəlb etdi – Qarşısına bu tapşırığı qoydu


Rusiya Prezidenti Vladimir Putin “General Armageddon” ləqəbli Hava Kosmik Qüvvələrinin keçmiş baş komandanı Sergey Surovikini Ukrayna ilə müharibəyə cəlb edib.
Yeniavaz.com
“The Telegraph” nəşrinə istinadla xəbər verir ki, Prezident Surovikin qarşısına Kiyevdəki mühüm körpüləri dağıtmaq və şəhəri iki hissəyə bölməklə Ukraynanın şimalındakı nəqliyyat və logistika sistemini tamamilə iflic etmək kimi öhdəliklər qoyub.
“Putin döyüş meydanında uğursuzluğa düçar olduqdan sonra həmişəki kimi, mülki əhalini qorxutmaq və şəhərləri dağıtmaq qərarına gəlib. O, çox kiçik ərazi qazancları qarşılığında ordusunun canlı qüvvəsini tükədərək olduqca ağır bədəl ödəyib. İtkiləri könüllü müqaviləli əsgərlərlə əvəz etmək getdikcə çətinləşsə də, genişmiqyaslı yeni səfərbərlik dalğası Kreml üçün ciddi siyasi risklər və daxili sabitliyin pozulması təhlükəsi yaradır. Bu səbəbdən, Rusiya diktatoru öz hakimiyyətini təhlükəyə atmamaq üçün səfərbərlikdən əvvəl cəbhədəki hərbi vəziyyəti kəskin şəkildə dəyişməyə məcburdur”, - nəşr yazır.
Bildirilib ki, Rusiyanın Suriyada sınaqdan keçirdiyi və “mülki əhaliyə zülm etməklə hökuməti təslim olmağa məcbur etməyi hədəfləyən amansız taktikası” hazırda Kiyevdə intensiv raket və dron hücumları ilə tətbiq olunur:
“Lakin ekspertlər mülki infrastrukturu hədəf alan bu qəddar metodun Suriyada olduğu kimi Ukraynada da uğursuzluğa düçar olacağını ehtimal edirlər”.

DİGƏR XƏBƏRLƏR

Top