
Sosial Demokrat Partiyasının (SDPK) lideri və Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin oğlu Kadırbek Atambayev dörd il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Bişkekdəki Pervomayski Rayon Məhkəməsinin ofisi məlumat yayıb.
Məlumata görə, Kadırbek hakimiyyətin ələ keçirilməsinə hazırlıq (dövlət çevrilişinə cəhd) işi üzrə təqsirli bilinib.
Partiyanın lideri Temirlan Sultanbekov isə hakimiyyəti zorla ələ keçirməkdə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla birlikdə yeddi il müddətində azadlıqdan məhrum edilib.
Eyni iş üzrə Sosial Demokrat Partiyasının (SDPK) digər üzvləri olan Ermek Ermatov, Zheniş Abdraxmanov, Damir Musakeyev və başqaları da həbs olunanlar arasındadır.
Qırğızıstan mətbuatı yazır ki, onlar erkən parlament seçkilərindən sonra kütləvi etiraz aksiyaları hazırlayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz