Zelim Tçkayev dünya ikincisi oldu


Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışa 1/16 finaldan başlayıb.
O, ilk görüşündə Moldova təmsilçisi Viktor Sterpu ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.
Tçkayev bu mərhələdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala vəsiqə qazanıb.
Cüdoçumuz yarımfinala gedən yolda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Tçkayev adını yarımfinala yazdırıb.
Azərbaycan təmsilçisi finala gedən yolda qazaxıstanlı Abilayxan Zubanazarı da məğlub edib. Bununla da Zelim Tçkayev dünya çempionatının həlledici görüşünə vəsiqə qazanıb.
Təmsilçimiz həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Zelim Tçkayev gümüş mükafatla kifayətlənib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top