
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli yarışa 1/16 finaldan başlayıb.
O, ilk görüşündə Sibqatullah Arabla (IRT) üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.
Rəcəbli bu mərhələdə özbəkistanlı Murodjon Yuldoşevə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Azərbaycan təmsilçisi yarımfinala gedən yolda serbiyalı Mihaylo Siminlə qarşılaşıb və görüşü məğlub başa vurub.
Ömər Rəcəbli bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. O, sloveniyalı Nake Herkoviçi məğlub edib və final blokuna vəsiqəni təmin edib.
idmançımız üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.
Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev finalda qüvvəsini sınayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz