
İzmir Böyükşəhər Bələdiyyə sədri Cəmil Tuqay AK Partiyaya (Ədalət və İnkişaf Partiyası) qoşulub.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən AK Partiyanın qrup toplantısında bu barədə rəsmi addım atılıb.
Oktyabrın 7-də keçirilən görüşdə iştirak edən Cəmil Tuqaya partiyanın rozetini Prezident Rəcəb Tayyib Ərdoğan şəxsən özü taxıb.
Prezident Ərdoğanın “AK Partiya kimsəsizlərin kimsəsidir” sözünə istinad edən Tuqay, bu prinsipin son 25 ilə damğa vurduğunu və partiyaya bu səbəblə keçdiyini bildirib. İzmirin vətənsevər və mənəvi dəyərlərə bağlı xüsusi bir şəhər olduğunu deyən bələdiyyə sədri, bu şəhərə xidmət etməyin böyük bir şərəf olduğunu qeyd edib. Əsas hədəfinin İzmiri yenidən inşa etmək və ayağa qaldırmaq olduğunu deyən Tuqay, Cümhuriyyətə səmimiyyətlə sahib çıxanların məhz xalqın yanında duranlar olduğunu müdafiə edib.
Qeyd edək ki, 2024-cü ildə keçirilən seçkilərində CHP-dən (Cümhuriyyət Xalq Partiyası) İzmir Böyükşəhər Bələdiyyə sədri seçilən Cəmil Tuqay, 2026-cı il iyunun 18-də CHP rəhbərliyi ilə yaranan narazılıqlar səbəbindən istefa verərək fəaliyyətini müstəqil olaraq davam etdirib.
Tətbiqimizi yükləyə bilərsiniz