Mandatından məhrum edilən deputat bu vəzifədən də getdi


Muxtar Respublika Ali Məclisinin deputatı mandatından məhrum edilən Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən də azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib.
İclasda şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, sədr Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Mərkəzi Seçki Komissiyası Qəzənfər Abdullayevin ərizəsini nəzərə alaraq Muxtar Respublika Ali Məclisinin deputatı mandatından məhrum edilməsi barədə qərar qəbul etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top