
Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.
Tətbiqimizi yükləyə bilərsiniz