“Müəllimlərin əməkhaqqı mənim dövrümə nisbətən hiss olunacaq dərəcədə artıb”


“Apardığım müşahidələrin nəticəsində onu söyləyə bilərəm ki, təhsil hər bir dövlətin ən ağır, ən geniş və ən mürəkkəb sahəsidir. Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində keçmiş təhsil naziri Misir Mərdanov deyib.
O bildirib ki, təhsildə ən ciddi problemlərdən biri hesab olunan müəllimlərin əməkhaqqı məsələsi hazırda öz həllini tapmaqdadır:
“Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi. Bu gün həmin məsələ yavaş-yavaş, hissə-hissə öz həllini tapmaqdadır. İndi müəllimlərin əməkhaqqı mənim dövrümə nisbətən hiss olunacaq dərəcədə artıb və ilbəil artmaqda davam edir. Məktəb direktorlarının əməkhaqqı da artıb. Bu da çox yaxşı işdir.
Beynəlxalq təcrübə öyrənilir, ölkəmizə gətirilir və tətbiq olunur. Dərsliklərin və dərs vəsaitlərinin çapına çox ciddi fikir verilir. Kurikulum islahatı ölkəmizdə davam edir. Məktəblərimiz müasir avadanlıqlarla təchiz olunur”.

DİGƏR XƏBƏRLƏR

Top