Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı


Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarışa 1/32 final mərhələsindən başlayıb.
O, ilk görüşündə Kosovodan olan Akil Qyakovanı məğlub edərək növbəti mərhələyə yüksəlib. H.Heydərov 1/16 finalda Finlandiya təmsilçisi Valtteri Olini də məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi italiyalı Covanni Espozito olub.
Gərgin mübarizədən sonra H.Heydərov rəqibinə cərimə xalları hesabına məğlub olaraq dünya çempionatında çıxışını başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top