Duracaqlarla bağlı dəyişiklik – Qərar imzalandı


“Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.
Sənədə əsasən, Bakı Nəqliyyat Agentliyi ilə bağlı müddəalar ləğv edilib. 
Qərara əsasən, Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top