
ABŞ-nin Ohayo ştatında həkimlər əməliyyat zamanı səhvən qadının sağlam ayağını amputasiya ediblər.
Yeniavaz.com “New York Post”a istinadla xəbər verir ki, 2025-ci il sentyabrın 15-də Şeron Cekson xəstəlik səbəbilə sağ ayağının dizdən aşağı hissəsinin amputasiya edilməsi üçün əməliyyata girib.
Lakin əməliyyatdan sonra ayıldıqda o, sol ayağından məhrum olduğunu öyrənib.
Səhv ayağın amputasiya edildiyi məlum olduqdan sonra həkimlər həqiqətən əməliyyat edilməli olan sağ ayağı da amputasiya etmək məcburiyyətində qalıblar. Nəticədə Cekson hər iki ayağından məhrum olub.
Qadın cərrah, əməliyyat qrupunun üzvləri və xəstəxanaya qarşı məhkəmə iddiası qaldırıb.
Qeyd olunur ki, 64 yaşlı Şeron Ceksonun sağ ayağı dəri yastıhüceyrəli xərçəngi səbəbindən dizdən aşağı amputasiya edilməli idi. Tibbi sənədlərə görə, əməliyyatdan əvvəl cərrah amputasiya edilməli olan ayağı düzgün şəkildə işarələyib. Lakin müdaxilə zamanı həkimlər əks ayağı amputasiya ediblər. Üstəlik, əməliyyat edilməsi planlaşdırılan sağ ayağın üzərindəki işarə də olduğu kimi qalıb.
Xəstəxana nümayəndələrinin sözlərinə görə, səhvə görə məsuliyyət daşıyan əməkdaşlar artıq müəssisədə çalışmırlar.
Tətbiqimizi yükləyə bilərsiniz