Taliban Rusiyanın razılığı ilə Belarusdan silah və dronlar alır


Əfqanıstandakı hakim Taliban hərəkatı Rusiyanın razılığı ilə Belarusdan silah və dronlar alır və Hindistan bu əməliyyatlarda vasitəçi kimi çıxış edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Afghanistan International” beş keçmiş yüksək vəzifəli Əfqanıstan rəsmisinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Minsklə Taliban arasında təmaslar hərəkatın müdafiə naziri Məhəmməd Yaqubun mayın sonu və iyunun əvvəlində Moskvaya səfərindən sonra intensivləşib. Səfər zamanı hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Rusiya tərəfi iddia edib ki, sənəd Əfqanıstanda qalan sovet hərbi texnikasının təmirini nəzərdə tutur.
Telekanalın Talibana yaxın olan həmsöhbəti Belarusla razılaşmaların mövcudluğunu təsdiqləyib və Rusiyanın iştirakı ilə əməkdaşlığın baş verdiyini bildirib. Mənbələrə görə, Taliban Pakistanla münasibətlərin gərginləşməsi səbəbindən silah və dronlarla maraqlanır və adı çəkilən ölkə ilə münaqişədə olan Hindistan da bu razılaşmalara sponsorluq edir.
Digər tərəfdən, telekanalın məlumatına görə, Rusiya özünü açıq şəkildə Pakistanın müttəfiqi kimi təqdim edir və Talibanla əlaqəli qrupların ona qarşı hücumlarını pisləyir, terrorizmə qarşı birgə mübarizəyə çağırır.

DİGƏR XƏBƏRLƏR

Top