
“Neuralink” şirkətinin baş icraçı direktoru Şivon Zilis amerikalı sahibkar İlon Maskdan ayrıldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində qeyd edib.
“Cəmi bir həftə ərzində və xəbərdarlıq etmədən sevgidən ayrılığa keçmək çətindir, amma bəzən belə də olur”, - deyə top menecer bildirib.
Zilis bunun onun üçün böyük bir itki olduğunu, ancaq xoşbəxtlikdən dörd gözəl uşaqları olduğunu əlavə edib.
“Daily Mail” qəzetinin məlumatına görə, cütlüyün ayrılmasından sonra Zilisin Maskın “Neuralink” və digər şirkətlərindəki vəzifələrini qoruyub saxlayıb-saxlamayacağı məlum deyil.
Qeyd edək ki, Zilis Masklə 2016-cı ildə “OpenAI” vasitəsilə tanış olub və orada könüllü məsləhətçi kimi işləyib. 2020-ci ildə isə o, idarə heyətinə qoşulub.
Tətbiqimizi yükləyə bilərsiniz