FIDE Azərbaycanın ən yaxşı şahmatçılarını açıqlandı – Siyahı


Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üzrə yeni reytinq siyahısı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, reytinqdə Azərbaycan şahmatçılarından ən yüksək nəticəni Şəhriyar Məmmədyarov göstərib. O, 2710 xalla dünya sıralamasında 29-cu yerdə qərarlaşıb.
Teymur Rəcəbov 2689 xalla 38-ci, Aydın Süleymanlı isə 2679 xalla 41-ci pillədədir.
Azərbaycanın digər təmsilçilərindən Məhəmməd Muradlı 2662 xalla 53-cü, Rauf Məmmədov isə 2632 xalla 89-cu sırada yer alıb.
Dünya reytinqinin ilk pilləsində 2823 xalla norveçli Maqnus Karlsen qərarlaşıb.
Qadın şahmatçıların reytinqində isə Azərbaycan təmsilçilərindən Ülviyyə Fətəliyeva 2395 xalla 55-ci, Gövhər Beydullayeva 2392 xalla 57-ci yerdədir.
Xanım Balacayeva 2357 xalla 83-cü, Günay Məmmədzadə isə 2348 xalla 93-cü pillədə qərarlaşıb.
Qadınların dünya reytinqinə 2596 xalla çinli Yifan Hou başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top