
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Hatay vilayətinin Reyhanlı rayonunda baş verən terror aktının əsas fiqurlarından birini saxlayıb.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, 53 nəfərin ölümünə səbəb olan qanlı hücumun Suriya əsilli təşkilatçılarından biri – Ömər əl-Xatib dəniz yolu ilə Avropaya qaçmağa çalışarkən tutulub.
Məlumata görə, Ömər əl-Xatib terror aktının əsas planlaşdırıcısı olan Yusuf Naziklə birlikdə 2013-cü ildə hücumun törədiləcəyi yerləri öncədən müəyyənləşdirən şəxs olub.
Qeyd edək ki, Reyhanlı hücumunun icraçıları və təşkilatçılarına qarşı keçirilən əməliyyatlar nəticəsində Yusuf Nazik 2018-ci ildə, Cengiz Sertel 2024-cü ildə, Məhəmməd Dib Koralı və Temir Dükancı isə 2025-ci ildə həbs olunublar.
Bu terror hücumunun əmrini verən suriyalı general Kifah Məlhəm isə 2024-cü ilin fevral ayında Bəşər Əsəd tərəfindən Suriya Milli Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz