Məhbus yemək ötürmə dəliyindən qaçdı – Video


Braziliyada bir məhbus kamerasının barmaqlıqları arasındakı yemək ötürmək üçün istifadə olunan kiçik dəlikdən bütün bədənini keçirərək qaçıb.
Yeniavaz.com
xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Bildirilir ki, hadisə Santa-Katarinadakı Floriano polis bölməsində qeydə alınıb.
Həmin şəxs məişət zorakılığı ittihamı ilə saxlanılıbmış.
“Foxnews”un məlumatına görə, polis dərhal axtarışa başlayaraq onu yenidən ələ keçirib.

DİGƏR XƏBƏRLƏR

Top