Ötən gün Kürdəmirdə iki nəfəri ildırım vuraraq öldürüb


Ötən gün – sentyabrın 29-da Kürdəmir rayonunda iki nəfəri ildırım vuraraq öldürüb.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, ilk belə hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlunu qoyun otararkən ildırım vurub. O hadisə yerində ölüb.
Maraqlıdır ki, ikinci oxşar hadisə də eyni kənddə qeydə alınıb. Belə ki, saat 17 radələrində kənd sakini 1975-ci il təvəllüdlü Calalov Baba Habil oğlunu da ildırım vurub. O da hadisə yerində ölüb.

DİGƏR XƏBƏRLƏR

Top