
Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan ABŞ-nin İran təyyarələrini qəbul edən ölkələrə qarşı sanksiya tətbiq oluna biləcəyi barədə açıqlamalarını şərh etməkdən imtina edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, jurnalistlər nazir müavinindən məsələ ilə bağlı mövqeyini soruşublar.
Abisoqomonyan isə sualı cavablandırmayıb.
“Tədbirlə bağlı suallar verin”, – deyib və jurnalistlərin yanından uzaqlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz