Madyarın toxunulmazlığı ləğv edildi – Oğurluqda ittiham olunur


Macarıstan Parlamenti bazar ertəsi günü keçirdiyi növbədənkənar iclasda ölkənin Baş naziri Peter Madyar da daxil olmaqla üç qanunvericinin parlament toxunulmazlığının ləğvi üçün qərar verib.
Yeniavaz.com
AP-yə istinadla xəbər verir ki, keçirilən iclasda qəbul edilən bu qərarın lehinə 139 deputat səs verib.
Bundan sonra Baş nazir barəsində cinayət işi açılıb.
Belə ki, Madyarın 2024-cü ilin iyun ayında gecə klubundakı mübahisə zamanı bir kişinin mobil telefonunu götürüb Dunay çayına atdığı iddia edilir.
Madyar əməlinin oğurluq olduğunu inkar edib və 300 dollardan bir qədər çox ziyan vurulduğu iddia edilən işi siyasi motivli adlandırıb.
O, gizlədəcək heç bir şeyinin olmadığını, qanun qarşısında hər kəsin bərabər olduğunu bildirməklə, səsvermədən öncə özü də toxunulmazlığının ləğv edilməsini tələb edib.
Qeyd edək ki, Peter Madyarla yanaşı, iki deputat – Balaş Hanko və Mikloş Sestak da toxunulmazlıqdan məhrum ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top