
Serbiya Prezidenti Aleksandr Vuçiç istefa verdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, oktyabr ayında keçiriləcək seçkilərdə ölkə parlamentinə namizədliyini irəli sürəcək.
Vuçiç seçkilərdə hakim Serbiya Tərəqqipərvər Partiyasının (SPP) siyahısına başçılıq edəcək və baş nazirliyə namizəd olacaq.
Qeyd edək ki, 7 sentyabrda Serbiya hökuməti Vuçiçdən ölkənin birpalatalı parlamenti olan Narodna Skupştinanı buraxmağı və erkən seçkilər təyin etməyi xahiş edib. Vuçiç bu xahişi yerinə yetirib və yeni seçkilər 25 oktyabrda keçiriləcək. Serbiya konstitusiyasına görə, seçkiqabağı kampaniya üçün 45-60 gün ayrılmalıdır.
Xatırladq ki, Vuçiç 12 ildir ki, prezidentdir və onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Konstitusiyaya görə, eyni şəxs iki müddətdən artıq prezidentlik edə bilməz.
Serbiya parlament respublikasıdır. Tam icra hakimiyyəti Baş nazirin rəhbərlik etdiyi hökumətə məxsusdur. Bununla belə, Prezident xarici siyasət və təhlükəsizlik sahələri də daxil olmaqla bəzi səlahiyyətlərə malikdir.
Tətbiqimizi yükləyə bilərsiniz