50 nəfər Gürcüstandan deportasiya edildi – Azərbaycanlılar da var


Son günlərdə 50 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tayland, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misirin ümumilikdə 50 vətəndaşı ölkədən çıxarılıb.
Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top