
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsi çərçivəsində səkkiz qarşılaşma keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, günün oyunlarında A, B və D liqalarında mübarizə aparan komandalar meydana çıxacaq.
A Liqasının II qrupunda Serbiya Niderlandı, Almaniya isə Yunanıstanı qəbul edəcək. IV qrupda Danimarka Uelslə, Norveç isə Portuqaliya ilə qarşılaşacaq.
B Liqasının III qrupunda Avstriya Kosovo ilə, İsrail isə İrlandiya ilə üz-üzə gələcək.
D Liqasında da iki matç baş tutacaq. I qrupda Cəbəllütariq Andorranı qəbul edəcək. II qrupda isə Azərbaycan millisi səfərdə Litvanın qonağı olacaq.
UEFA Millətlər Liqası
27 sentyabr
A Liqası, II qrup
20:00 — Serbiya – Niderland
22:45 — Almaniya – Yunanıstan
A Liqası, IV qrup
20:00 — Danimarka – Uels
22:45 — Norveç – Portuqaliya
B Liqası, III qrup
20:00 — Avstriya – Kosovo
22:45 — İsrail – İrlandiya
D Liqası, I qrup
20:00 — Cəbəllütariq – Andorra
D Liqası, II qrup
17:00 — Litva – Azərbaycan
Tətbiqimizi yükləyə bilərsiniz